Belarusda nüvə silahının yerləşdirilməsi mənim təşəbbüsü ilə həyata keçirilib, bu, hədə-qorxu, şantaj deyil, “Belarus dövlətinin təhlükəsizliyini təmin etmək” imkanıdır.

"Unikal" xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün parlamentə və xalqa müraciəti zamanı deyib.

"Mövcud şəraitdə və ölkəmiz ətrafında yaranmış hərbi-siyasi vəziyyətdə mən Rusiya prezidenti ilə nüvə silahlarının Belarusa qaytarılması ilə bağlı danışıqları intensivləşdirdim. Söhbət çıxarılan nüvə silahlarının geri qaytarılmasından gedir. Nəticə məlumdur. Mən kimisə qorxutmaq və ya şantaj etmək fikrində deyiləm! Mən Belarus dövlətinin təhlükəsizliyini təmin etmək və Belarus xalqı üçün sülhü təmin etmək istəyirəm”, - Lukaşenko bildirib.

Gülayə  Mecid