Şou-biznes əhli arasında bahalı geyinən kimdir?
02:42 06-04-2012
ŞOU
Şou-biznes əhli arasında bahalı geyinən kimdir?
Günel Ələkbərova: "Bahalı libaslarım çoxdur... Çox sevdiyim saatımın qiyməti 38000 manatdır"
Azərbaycanlı ulduzların geyimlərinin qiyməti hər zaman onları sevən tamaşaçıları üçün maraqlı olub.
Biz də tamaşaçıların bu istəyini nəzərə alaraq, şou-biznes əhlinin geyimlərinin və aksessuarlarının qiyməti ilə maraqlanaraq sorğu keçirdik. Sözügedən sorğunu oxucularımıza təqdim edirik.
Firuzə İbadova: "Bahalı libasım yoxdur. Ancaq ən bahalı geyimimin qiyməti 500-1000 manat arasındadır. Sözügedən qiymətdən çox bahalı paltarım yoxdur".
Günel Ələkbərova: "Bahalı libaslarım çoxdur. Ancaq qiymətləri dəqiq yadımda qalmadığı üçün ən bahalı aksessuarımın qiymətini açıqlayacağam. Çox sevdiyim saatımın qiyməti 38000 manatdır".
Elçin Hüseynov: "Kostyumlarıma çox pul xərcləmirəm. Ancaq ən bahalısının qiyməti 1000-1500 manatdır".
Xatirə İslam: "Libaslarımın dəqiq qiymətini bilmirəm. Ancaq bu yaxınlarda 2500 manata yeni ayaqqabı almışam".
Nüşabə Ələsgərli: "Ən bahalı geyimim Fransadan aldığım libasım olub. Qiyməti isə 2500 avrodur".
Rüfət Axundov: "Geyimlərimin hamısı ucuzdur. Pulu ən çox aksessuarlarıma xərcləyirəm. Kostyumlarımın qiymətini açıqlaya bilməyəcəyəm. Onu deyə bilərəm ki, ən ucuz paltar məndədir. Aldığım kostumların qiyməti 80 manat, aksessuarlarımın qiyməti isə 100 manatdır (gülür)".
Aynişan Quliyeva: "Ən bahalı geyimim Fransadan 4000 min avroya aldığım ayaqqabım olub".
Digər Xəbərlər
2024-12-25 11:01:00
2024-12-25 00:10:59
2024-12-24 21:20:55
2024-12-24 20:31:08
2024-12-24 19:39:46
2024-12-24 15:39:20
2024-12-24 14:50:27
2024-12-24 12:31:51
2024-12-24 00:09:55
2024-12-23 23:34:42
2024-12-23 20:08:25
2024-12-23 19:06:15
2024-12-23 18:45:44
2024-12-23 18:17:30
2024-12-23 15:54:27
2024-12-23 12:05:00
2024-12-22 17:41:07
2024-12-22 16:39:35
2024-12-22 10:10:52
2024-12-22 09:20:38