ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu-Yorku tərk edib, onun təyyarəsi Floridaya uçub.

"Unikal" xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Tramp məhkəmə binasından birbaşa hava limanına yollanıb. Floridaya uçuş müddəti təxminən üç saatdır. Enişdən sonra o, Mar-a-Laqo malikanəsinə gedəcək və oradan tərəfdarları qarşısında çıxış edəcək.

Bundan əvvəl Nyu-York məhkəməsində Trampa qarşı maliyyə sənədlərini saxtalaşdırmaqda 34 ittiham irəli sürülüb. Tramp Amerika prosessual qanununun irəli sürdüyü kimi iki saata yaxın həbs edilib və sonra sərbəst buraxılıb.