2015-ci ildə qaçqın kimi Almaniyaya gələn suriyalı Riyan Alşebl ölkənin cənub-qərbində yerləşən Baden-Vyurtemberq vilayətində mer seçkilərində qələbə qazanıb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, səkkiz il öncə doğulduğu Əs-Suveydə şəhərini tərk etmək məcburiyyətində qalan 29 yaşlı Riyan Alşebl seçkilərə Ostelshaym bələdiyyəsindən müstəqil namizəd kimi qatılıb. O, seçkilərdə 55,41 faiz səs toplayaraq iki almaniyalı namizədi geridə qoyub.
Baden-Vyurtemberq bələdiyyələri assosiasiyası Riyan Alşeblin mer postuna namizədliyini irəli sürən və seçkilərdə qalib gələn Suriya əsilli ilk şəxs olduğunu bildirib. Yeni seçilən mer iyun ayında səlahiyyətlərinin icrasına başlayacaq.
“Yaşıllar” partiyasının üzvü olan suriyalı hazırda Almaniya vətəndaşıdır.
Qeyd edək ki, R.Alşebl 21 yaşında vətənini tərk edərək Türkiyəyə, oradan rezin qayıqla Yunanıstanın Lesbos adasına, sonra isə Almaniyaya gəlib.