Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu Abşeron rayonu, Xırdalan şəhər ərazisində fəaliyyət göstərən Qubadlı şəhər 3 saylı tam orta məktəbində keçirilib.
"Unikal" xəbər verir ki, qəbulda RİH-nin məsul işçiləri, RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak edib.
Qəbulda sakinlər tərəfindən qaldırılan 23 məsələdən, 6-ı yerində həll olunub, 8-i baxılması üçün nəzarətə götürülüb, 9 məsələ ilə bağlı isə vətəndaşlara müvafiq izahat verilib. Onların arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.
Qəbuldan razı qaldıqlarını bildirən sakinlər həmçinin, məcburi köçkün həyatı yaşadıqları dövrdə problemlərinin həllində köməklik göstərən, onlara yaxından dəstək olan Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını ifadə ediblər.