"Bakının baş planı artıq hazırdır. Təsdiq üçün aidiyyəti üzrə göndəriləcək".

"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

O bildirib ki, Bakının baş planı son razılaşdırma ərəfəsindədir: "Təsdiqləndikdən sonra elan ediləcək".

Anar Quliyev həmçinin bildirib ki, bütün ömrünü Azərbaycanın inkişafına həsr edən ulu öndər şəhərsalma və arxitektura sahəsinə də xüsusi diqqət ayırıb:

"Heydər Əliyev Azərbaycan dövlətinin qurucusu, banisidir. Bu işlər sayəsində bu gün insanların həyat şəraiti yüksək səviyyədədir. Bizim borcumuzdur ki, ulu öndərin qoyduğu yolu Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirək. Ölkəni, şəhərlərimizi daha təhlükəsiz və gözəl edək".

Anar Kəlbiyev