"Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərini həmişə yüksək qiymətləndirir. Onun adını hər zaman qəlbində saxlayır".
"Unikal" xəbər verir ki, jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Əhmədov deyib.
O bildirib ki, ulu öndərin anadan olmasının 100 illiyi münasibətilə həm ölkəmizdə, həm də xaricdə keçirilən tədbirlər ona olan misilsiz hörmətin göstəricisidir: "Heydər Əliyevin qurduğu Azərbaycan güclənir, qüdrətlənir, möhtəşəm bir dövlətə çevrilir. Bunun ən parlaq nümunəsi 30 ilə yaxın işğalda qalan Azərbaycan torpaqlarının Ordumuzun hesabına azad edilməsidir.
Heydər Əliyevin qurduğu dövlətin fundamenti o qədər möhkəmdir ki, bütün problemlərini həll etmək iqtidarındadır",-deyə o əlavə edib.
Əli Əhmədov bildirib ki, Azərbaycan bu gün dünyanın dinamik inkişaf edən, hörmət edilən dövlətlərindən birinə çevrilib: "Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti cənab Prezident İlham Əliyev uğurla davam etdirir",- deyə o bildirib.
Anar Kəlbiyev