Bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyidir.

"Unikal" xəbər verir ki, Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezidentin köməkçiləri və Baş  nazirin müavinləri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə gül dəstələri qoyublar.

Müxbir: Anar Kəlbiyev

Foto: Ayxan Məlikov