"Yeni qanunlara görə, formalaşmış icma rəsmi olaraq yeni icma təsis olunana qədər səlahiyyətlidir".

"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, Məşədi Dadaş məscidinə rəsmi din xadimi təyin olunub və orada mərhum Hacı Şahinin vəfatından sonra dini ayinləri icra edən şəxs də öz yerində saxlanılıb:

"Hazırda Məşədi Dadaş məscidinə təyinat almış imam və əvvəlki iki nəfər fəaliyyətini davam etdirir. Eləcə də bu günlərdə iki nəfər qadın dini ayinlər icraçısı təyin etdik. Hazırda əvvəllər qeydiyyatdan keçmiş 11 nəfərlik icma və icma sədri də fəaliyyətini davam etdirir. Yeni qanunlara görə, formalaşmış icma yeni icma təsis olunana qədər səlahiyyətlidir. İndiki qanuna görə icma 50 nəfərlik üzvdən ibarət olmalıdır.  Lakin, hələlik 50 nəfərlik icma formalaşana kimi köhnə icma hüquqi baxımdan səlahiyyətliləri yerinə yetirməyə davam edir".

Anar Kəlbiyev