Azərbaycan Memarlıq və İnşaat Universiteti Tələbə Gənclər Təşkilatı (AzMİU TGT) təşkilatçılığı  ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş 1500-ə yaxın tələbənin iştirakı ilə fləşmob keçirilib.

Bu barədə "Unikal"a universitetin mətbuat xidmətindən məlumat verilib. 

Qeyd edək ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1975-ci ildə İnşaat Mühəndisləri İnstitutu adı altında yaradılıb. 1992-ci ildə institut universitet statusu almışdır. 2000-ci il iyun ayının 13-də ulu öndər Heydər Əliyevin Fərmanı ilə bu ali məktəb Azərbaycan Memarlıq və İnşaat Universiteti adlandırılmışdır.