Bu gün İntizam Komitəsinin iclası keçirilib.
"Unikal"ın məlumatına görə, yığıncaqda Misli Premyer Liqasının XXXIV turunda baş verənlər müzakirə olunub.
“Qəbələ”nin futbolçusu Urfan Abbasov “Turan Tovuz”la oyunda ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 matçlıq cəzalanıb. O, klubu 200 manat cəriməyə məruz qoyub.
“Səbail” – “Qarabağ” qarşılaşmasında ictimai təhlükəsizlik düzgün təşkil edilmədiyinə görə meydan sahibləri 4000 manat cərimələnib. Qarşılaşma bitdikdən sonra kənar şəxslər meydançaya daxil olduğuna görə “Qarabağ” 600 manat ödəyəcək. Ağdam klubu azarkeşləri pirotexniki vasitlərdən istifadə etdiyi üçün 800 manat cərimə edilib.
Bu matç bitdikdən sonra VAR sisteminin naqillərinin pirotexniki vasitənin yanması nəticəsində zədələnib. Komitə dəymiş zərərin “Qarabağ” tərəfindən qarşılanmasına qərar verilib.
“Sabah”la oyunda 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Sumqayıt” 800 manat cərimələnib.