Azərbaycanın bölgələrinə xüsusi önəm verən mobil operator "Nar" bu dəfə Cəlilabad Festivalında iştirak edib.

"Unikal" xəbər verir ki, mobil operator festival iştirakçılarına xüsusi "Nar" çadırında əyləncə ilə yanaşı, mobil nömrə satışı və müştəri xidmətləri imkanı da təqdim edib.  

"Nar" çadırındakı 360 dərəcəli video çəkiliş ziyarətçilərin böyük marağına səbəb olub. Mobil operatordan nömrə əldə edən, mobil cihazında “Nar+” tətbiqini istifadə edən və "Nar" haqqında suallara doğru cavab verən ziyarətçilər dəyərli hədiyyələrlə mükafatlandırılıb. 

Qeyd edək ki, mobil operator "Nar", həyata keçirdiyi layihələrlə Azərbaycanın bölgələrinə xüsusi diqqət ayırır. Bölgələrdəki yeni konseptli Nar mağazaları ilə daha üstün xidmət gətirir, təqaüd və təlim proqramları ilə təhsil imkanlarını genişləndirir və eləcə də yüksək sürətli interneti bölgələr üçün əlçatan edir.

"Nar"ın həyata keçirdiyi layihələr haqqında ətraflı nar.az/projects səhifəsində məlumat əldə edə bilərsiniz.

"Nar" hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar" son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.