Azərbaycanlı alpinist Elmira Aslanova Everest zirvəsinə qalxıb.

"Unikal" xəbər verir ki, o bu barədə "Facebook" hesabında paylaşım edib.

E.Aslanova Everest zirvəsinə qalxan ilk azərbaycanlı xanım kimi tarixə düşüb.

“Everest – xəyallar gerçəkləşməlidir! Uzun müddətdir ardınca getdiyim, onu ağılasığmaz və real olmayacağını hesab edərək dəfələrlə rədd etdiyim xəyalım. Amma Everest məni buraxmırdı. 19 may 2023-cü ildə dünyanın zirvəsinə qalxmağı bacardım.Beləliklə Everestin zirvəsinə qalxmağı bacaran ilk azərbaycanlı qadın oldum ki, bundan çox xoşbəxtəm və fəxr edirəm", - deyə xanım alpinist paylaşımda bildirib.

Qeyd edək ki, Everest yer kürəsində dəniz səviyyəsindən ən yüksək dağdır və onun hündürlüyü 8848 metrdir.