Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında YENİ Klub və Tələbə Elmi Cəmiyyətlə birlikdə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş universitetlərarası intellektual yarış keçirilib. 

"Unikal" xəbər verir ki, yarış 3 raunddan ibarət olub. Birinci raund "Heydər Əliyev və Azərbaycançılıq", ikinci raund "Zəfər tarixi", üçüncü raund "Dünya görüşü" olub.

Yarışda l yerin qalibi Sumqayıt Dövlət Universiteti, II yerin qalibi Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası III yerin qalibi Azərbaycan Texniki Univeristet olub.

Qalib komandaları Tələbə Elmi Cəmiyyətin rəhbəri Aygün Bağırzadə və AƏSMA YENİ Klubun rəhbər Mülayim Salmanzadə mükafatlarla təltif edib.

Digər komandalar sertifikatla dəyərləndirilib.

Yarış Azərbaycan Respublikasının Xalq artisti Gülyaz Məmmədovanın ifaları ilə yekunlaşıb.