Şəki rayonunun Qudula kənd orta məktəbində baş verən zəhərlənmə ilə əlaqədar xəstəxanada müalicə alan digər 4 nəfər də evə buraxılıb.
"Unikal" xəbər verir ki, onların vəziyyəti yaxşıdır.
Günorta saatlarımda isə 23 nəfər ambulator müayinə üçün evə buraxılmışdı.
TƏBİB-dən "Unikal"a verilən xəbərə görə, vəziyyətləri qənaətbəxş olan 23 nəfər isə tibbi xidmət aldıqdan sonra ambulator müalicə üçün evə buraxılıb.
Xatırladaq ki, bu gün Şəkidə orta məktəbin 24 şagirdi və 3 müəllimi zəhərlənib.
Hadisədə zərər çəkmiş bütün şagirdlər və işçi heyət təcili olaraq Şəki şəhər mərkəzi xəstəxanasına çatdırılıb.
İlkin araşdırmalara görə zəhərlənməyə məktəbdə mayın 19-da aparılmış dezinfeksiya işi səbəb olub. Mayın 23-də hava temperaturunun yüksək olması məktəbin inzibati binasının zirzəmi qatına səpilmiş dezinfeksiya maddələrinin buxarlanaraq zəhərlənməni yaratdığı ehtimal edilir.
Hadisə ilə bağlı müvafiq qurumlar araşdırma aparır.