"Fərqlənmə diplomu ilə həm ali təhsil, həm də orta ixtisas təhsili müəssisələrini bitirinlərə heç bir imtiyaz yoxdur".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri Bəxtiyar Əliyev deyib.

Komitə sədri sual edib ki, əgər fərqlənmə diplomu, əlaçı oxumaq yüksək bilik, bacarıq və səriştələrə yiyələnmək üçün mübarizə gedirsə, mütəxəssis kimi təhsilini başa vurub ən yüksək biliyə malik olduğunu təsdiq edən fərqlənmə diplomu alırsa, o zaman işə düzəlmək üçün yenidən test imtahanı verməli, müsabiqələrdən keçməlidir?

"Biz bunlardan hansını qiymətləndirməliyik? Dövlətin qərarı əsasında verilən diplom sual altınamı alınır, yoxsa həqiqətən də gerçəkliyi əks etdirir. Dövlət tərəfindən əlaçı tələbələr üçün xüsusi təqaüd müəyyən edilirsə, buna kifayət qədər maliyyə vəsaiti ayrılırsa, sonradan həmin şəxsləri işlə təmin etmiriksə, o zaman sual olunur ki, dövlətin bu qədər vəsaiti niyə havaya sovrulur? Qaldırılan təklifin mahiyyəti bundan ibarətdir. Bu, düşünülməli məsələdir".

Anar Kəlbiyev