Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının İdman Tibbi və Reabilitasiya magistratura proqramında təhsil alan tələbələr İngiltərə İdman İnstitutuna (English İnstitute of Sport) baş çəkiblər.  

Bu barədə "Unikal"a ASAPES-in mətbuat xidmətindən məlumat verilib.

Səfər zamanı xüsusi olaraq Böyük Britaniyanın Boks Federasiyası idmançıların mulitidissiplinar komanda tərəfindən tibbi müayinələrinin təşkili, yarışdan əvvəl və yarışdan sonrakı yoxlamaların aparılması, təlim-məşq proqramlarının tərtib edilməsi ilə tanışlıq olub. 

Tələbələr federasiyanın Baş Fizioterapisti, eyni zamanda, ADBTİA-nın Yuxarı ətrafların zədələnmələri və onların reabilitasiyası modulu üzrə müəllimi olmuş İan Qatt, qidalanma üzrə mütəxəssi Mark Ellison, idman fizioloqu Jeymi Mitçel ilə görüşmüş, boks idmanı üçün spesifik olan zədələnmələr, onların qarşısının alınması və reabilitasiyası, idmançıların qidalanma xüsusiyyətləri, orqanizmin müxtəlif şəraitlərdə təlim spesifikliyi haqqında ətraflı müzakirələr aparıb.