Yaponiya Fukusima qəzasından sonra 12 ildir ki,  fəaliyyəti dayanmış nüvə reaktorunu yenidən bərpa edib.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin  "Kyodo" nəşri məlumat dərc edib.

“12 ildə ilk dəfə "Kansai Electric Power Co." Yaponiyanın mərkəzindəki Fukui prefekturasındakı Takahama Atom Elektrik Stansiyasında nüvə reaktoru yenidən işə salınıb. Beləliklə, o, ölkənin ən qədim aktiv reaktoru oldu”, - məqalədə deyilir.