Saatlıda İmişli sakini bıçaqlanıb.

"Unikal" xəbər verir ki, hadisə Saatlı rayonunda qeydə alınıb. İmişli rayonunun Qaraqaşlı kənd sakini, 1970-ci il təvəllüdlü İmanov Razim Alı oğlu mübahisə zəminində tanışı tərəfindən bıçaqlanıb. R.İmanov qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.