İranın cənubundakı Hörmüzqan əyalətində neft kəməri partlayıb.

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, azı 2 nəfər ölüb. 
Hadisə əyalətin cənub-qərbindəki Bəndər-Xemir şəhərində baş verib. Naməlum iki nəfər yanacaq oğurlamaq məqsədilə neft kəmərində dəlik açmağa cəhd ediblər. Qaçaqmalçıların hərəkətləri nəticəsində partlayış baş verib.

Hazırda yanğınsöndürənlər alovun qarşısını almağa çalışırlar.

Nuranə Abbasova