Ağdaşda yaşayış evində yanğın baş verib.

"Unikal" xəbər verir ki, yanğın rayonun Dəhnəxəlil kəndində, kənd sakini 1965-ci il təvəllüdlü Kərimov Aydın Binnət oğluna məxsus yaşayış evində baş verib.Yanğın yerinə Ağdaş YMH-dən yanğınsöndürən texnikalar cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 160 kv/m olan  4 otaqlı  evin  20kv/m hissəsi əşyaları ilə birlikdə tamamilə yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Seymur Əli