Naxçıvan Muxtar Respublikası Babək rayon Cəhri qəsəbəsində bıçaqlanma hadisəsi qeydə alınıb.

"Unikal" xəbər verir ki,  yerli sakin Zakir Əliyevin boğaz nahiyəsinə bıçaq xəsarəti yetirilib.

Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Z.Əliyevə xəsarət yetirməkdə Süsaməddin Tağıyev şübhəli bilinir.

Faktla bağlı araşdırmalar aparılır.