Abşeronda evlərdən oğurluq edən şəxs tutulub.

"Unikal" DİN-in saytına istinadən xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki 4 evdən ümumilikdə 6 ədəd mobil telefon və 1 velosiped oğurlamaqda şübhəli bilinən Mehdiabad qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Salamov müəyyən olunaraq saxlanılıb.