Həbsdə olan Sabiq deputat Nazim Bəydəmirliyə qarşı ittiham ağırlaşdırılıb.
“Unikal” xəbər verir ki, bu barədə vəkil Aqil Layıc məlumat yayıb.
Bildirilib ki, N.Bəydəmirliyə qarşı hədə-qorxu yolu ilə təkrarən tələb etmə maddəsilə - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsiylə yenidən ittiham irəli sürülüb. Sabiq deputatın 1996-cı ildə Rusiya Federasiyasının Lipetsk şəhərində kimdənsə hədə qorxu ilə pul tələb etdiyi iddia olunur.
Qeyd edək ki, Nərimanov rayon Məhkəməsi Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib. Vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib. N.Bəydəmirli bu müraciət əsasında saxlanılıb, araşdırmalar davam etdirilir.
Nəticədə hədə-qorxu ilə tələb etmənin alt bəndinə əsasən, Özü bu ittihamların hamısını qondarma hesab edir. Qeyd edir ki, o ekologiya məhbusudur və həbsinin səbəbi Söyüdlü hadisələrini pərdələmək üçündür...