Avqustun 27-də Suriyanın şərqindəki Deyr əz-Zor əyalətində terror təşkilatı PKK/YPG-nin Deyr əz-Zor Hərbi Şura qruplaşmasının lideri Əhməd əl-Habili saxlamasından sonra başlayan qarşıdurma ərəb qəbilələrinin iştirakı ilə genişlənib.

"Unikal" xəbər verir ki, məscidlərdən terror təşkilatına qarşı cihad çağırışları edilir.  

Suriyanın Deyr əz-Zor vilayətində terror təşkilatı PKK/ YPG-nin təzyiqi altında yaşayan ərəb qəbilələri çoxlu sayda tayfa mənsubunun iştirakı ilə bir çox bölgədə əməliyyatlar təşkil edilərkən, terror təşkilatı üzvləri geri çəkilməyə başlayıb. İndiyədək 24 kəndin terror təşkilatlarından təmizləndiyi bildirilib.Rəsmi məlumatlara görə, ərəb qəbilələri ilə terror təşkilatı arasında şiddətli toqquşmalar nəticəsində azı 28 terror təşkilatı üzvü öldürülüb.