2023-cü ildə İsveç polisi Quranın yandırılması kampaniyası zamanı vətəndaşların təhlükəsizliyini təmin etmək üçün əlavə xərc kimi 2,4 milyon kron (22,8 min dollar) ayırıb.

“Unikal” xəbər verir ki, bu barədə “Sveriges Radio” Stokholm vilayətinin polisinə istinadən məlumat yayıb.

Söhbət yanvarın 1-dən avqustun 29-dək keçirilən 13 icazəli ictimai aksiyadan gedir.

Nuranə Abbasova