BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclası sentyabrın 20-də keçiriləcək.
"Unikal" xəbər verir ki, iclas nümayəndə heyətlərinin rəhbərləri səviyyəsində keçiriləcək.
Belə bir bəyanatla Albaniyanın Təhlükəsizlik Şurasında sədrliyinin daimi nümayəndəsi Ferit Hoca mətbuat konfransında çıxış edib.
O, sentyabrın 20-nin BMT Baş Assambleyasının sessiyasının yüksək səviyyəli həftəsinə təsadüf etdiyini xatırladıb: “Biz liderlərin şəhərdə olmasından istifadə edərək nümayəndə heyətlərinin rəhbərləri səviyyəsində müzakirələr aparmağa hazırlaşacağıq”.
İlkin cədvələ əsasən, Rusiyanı xarici işlər naziri Sergey Lavrov təmsil edəcək.