Polşaya məxsus hərbi helikopter Qrodno vilayətinin Berestovitski rayonunda Belarus sərhədini pozub.

“Unikal” xəbər verir ki, bu barədə Belarusun Dövlət Sərhəd Komitəsi məlumat yayıb.

“Sentyabrın 1-də günorta saatlarında Belarus sərhədçiləri Qrodno vilayətinin Berestovitski rayonunda Polşa tərəfdən Belarusun hava məkanının pozulmasını qeydə alıblar. “Polşa hərbi vertolyotu Mi-24 çox aşağı hündürlükdə dövlət sərhədini keçib”, - deyə məlumatda bildirilir. 

Qeyd olunub ki, insidentlə bağlı Polşa tərəfi məlumatlandırılıb.

Nuranə Abbasova