Ermənistanın müdafiə naziri Suren Papikyan İranın İrəvandakı səfiri Mehdi Sübhani ilə görüşüb.

“Unikal” erməni mediasına istinadən xəbər verir ki, onlar ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. 

Görüşdə İran səfirliyinin hərbi attaşesi, polkovnik Bəhmən Sadekinin də iştirak etdiyi bildirilir.

Danışıqlar zamanı tərəflər regional məsələləri nəzərdən keçiriblər.

Nuranə Abbasova