Xırdalanda yerləşən “Kristall Abşeron” yaşayış məntəqəsində son 15 gündə iki məktəbli qızın intihar etməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
“Unikal” xəbər verir ki, bu gün daha bir yeniyetmənin - 13 yaşlı Aydan Hacıağazadənin də kompleksdə yerləşən 41-ci binanın 13-cü mərtəbəsindən özünü atması silsilə intiharlarda cinayət şübhəsi olması ehtimalını yaradıb.
16 yaşlı yeniyetmə Şəms Müzəffərzadə özünü binanın 15-ci, 15 yaşlı Şəbnəm Omid isə 16-cı mərtəbəsindən atıb. Onların həmin binada repetitor yanına getdikləri və bədənlərində zorakılıq əlamətləri olduğu iddia edilir. Üstəlik, hər 3 yeniyetmə həmin binanın sakini olmayıb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Hadisə ilə bağlı "Baku TV"nin hazırladığı süjeti təqdim edirik: