Dünən saat 23 radələrində Oğuz rayonunun Bayan kənd sakini 1983-cü il təvəllüdlü Nuranə Məsimovanın kəsilmiş-deşilmiş xəsarətlər alması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində qadına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən keçmiş əri, 1972-ci il təvəllüdlü Eyvaz Məmmədov saxlanılıb.

Xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertiza təyin olunub və faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

***

09:11

Oğuzda kişi keçmiş həyat yoldaşını bıçaqlayıb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Bayan kəndində baş verib. Belə ki,kənd sakini 1983-cü il təvəllüdlü Məmmədova Nuranə Elməddin qızı keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Ağır xəsarət alan Nuranə Məmmədova  Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli