Bu gün Antalyanın Alanya rayonunda turistləri daşıyan safari maşınının avtomobillə toqquşması nəticəsində baş verən faciəvi qəzada 3 nəfər həyatını itirib.

"Unikal" xəbər verir ki, Antalyada safari avtomobilinin qəzaya uğraması nəticəsində həyatını itirənlərin sayı  3-ə yüksəlib.

Yaralı 16 turistin xəstəxanada müalicəsi davam edir.

Qazipaşadan Alanya istiqamətində hərəkət edən Ramazan Yıldırımın idarə etdiyi 07 BAY 993 dövlət nömrə nişanlı safari avtomobili eyni istiqamətdə Rəcəb Özsoyun idarə etdiyi 07 HOM 52 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Qəzada idarəetmədən çıxan Safari qarşı zolağa aşıb. Safari avtomobilindəki turistlər ətrafa atılıb. Hadisə yerinə çoxlu sayda təcili yardım, polis və xilasetmə briqadaları sövq edilib. 1


Qəzada Rusiya vətəndaşı Olqa Zahukova (61), Qazaxıstan vətəndaşı Araylim Nuqmanova (34) və Symbat Nasipgali (2) adlı qız həyatını itirib. Qəzada yaralanan Ebru Özsoy (30), Hira Ö. (6), Deniz Eymen Ö. (4) və Oğuzhan Zortaş və İsrail vətəndaşları Taqwa Abu Ayash (23), Nivın Abu Ayash (32), Siham Süleymani (51), Amal Abu Ras (49), Samaş Süleymani (38), Rayan Abu Aiash (19), Muhammed Əbu Ayaş (28), Amal Əbu Ras (49), Rusiya vətəndaşları Elisei Jukova (13), Olesia Jukova (35), Qazaxıstan vətəndaşları Sayan Nassıpkanlı və Nurbolat Kurmaşevin (37) xəstəxanalarda müalicəsi davam edir.