İngiltərənin "Nottingem Forest" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirib.
"Unikal" xəbər verir ki, Premyer Liqa təmsilçisi "Milan"dan Divok Origini icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Belçikalı forvard 2023/2024 mövsümünü "Nottingem Forest"in heyətində keçirəcək.
Qeyd edək ki, Divok Orici ötən ilin yayında "Liverpul"dan ayrılaraq "Milan"a keçmişdi. 28 yaşlı hücumçu İtaliya təmsilçisinin heyətində meydana çıxdığı 36 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.