“Türkiyə NATO-nun aparıcı qüvvəsidir, Qərbin bölgəmizdəki əsas gücüdür. Biz bunu unutmamalıyıq”.
“Unikal” erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.
“Coğrafi baxımdan biz Qərbdən çox KTMT-yə yaxınıq. Bizim KTMT çərçivəsində, xüsusən də Rusiya ilə uzun tarixi və mədəni ənənələrimiz var. Digər tərəfdən, biz Qərblə Şərqin kəsişməsindəyik və onlar arasında körpü ola bilərik”, - deyə Ohanyan bildirib.
Onun fikrincə, Ermənistanın və digər ölkələrin təhlükəsizliyini çoxtərəfli platformada məhz KTMT təmin edir.
“Bir vaxtlar biz informasiya sisteminə sahib olmaq üçün NATO ilə əməkdaşlıq etmişik, çünki qonşu ölkəmiz Türkiyə NATO-nun üzvüdür, Azərbaycan isə NATO ilə fəal əməkdaşlıq edir. İstərdim ki, bir gün oyanaq və görək ki, Vətənimiz müstəqil fəaliyyət göstərməyən, maraqlarımıza uyğun qərarlar qəbul etməyən insanlardan təmizlənib”.
Xatırladaq ki, baş nazir Nikol Paşinyan daha əvvəl demişdi ki, bir gün biz oyanıb Rusiyanın bölgəni tərk etdiyini görə bilərik.
Nuranə Abbasova