Rusiyanın Yaroslavl şəhərində 10 aylıq qızını suda batıran 35 yaşlı qadın intihar edib.
“Unikal” xəbər verir ki, bu barədə TASS Rusiya Federasiyası İstintaq Komitəsinin regional istintaq idarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, qadın istintaq təcridxanasından xəstəxanaya aparılıb və orada ölüb.
İyulun 14-də müstəntiqlər 10 aylıq qızını Kotorosl çayında batırmış yerli sakinə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (“Qətl”) maddəsi ilə cinayət işi açıblar. Uşağın anası nəzarətə götürülüb.
İlkin məlumata görə, qadın cinayəti şüursuz vəziyyətdə törədib.
Nuranə Abbasova