Bakının Suraxanı rayonunda kütləvi dava baş verib.
"Unikal"ın xəbərinə görə, hadisə Qaraçuxur qəsəbəsində qeydə alınıb.
2001-ci il təvəllüdlü İsmayılov Namiq Mürvət oğlu və tanışı Vüsal adlı şəxs Binə qəsəbəsindən Qaraçuxur qəsəbəsindəki gölün kənarına aparılıb. N.İsmayılovun yaxınları bildirib ki, onu 7 nəfər döyüb. Yaralı xəstəxanaya gətirilib. Ona qapalı kəllə-beyin travması və kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin 3-cü o cümlədən Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır. N.İsmayılovun yaxınlarından və onun özündən ilkin izahat alınıb.