Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Badaşqan kəndində qeydə alınıb. Belə ki, kənd sakini 2013-cü il təvəllüdlü Mehdizadə Ziya Ziyafət oğlu yolu keçərkən avtomobil vurub.

Zərərçəkən təcili olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.