Sentyabrın 4-ü saat 22 radələrində Ağcabədi rayonu, Hindarx qəsəbə sakini 1963-cü il təvəllüdlü Muradov Vüqar Maşallah oğlunun idarə etdiyi özünə məxsus “VAZ 2106” markalı avtomobillə Ağcabədi-Ağdam yolunun 7-ci kilometrliyinin Ağcabədi rayonu, Hacıbədəlli kəndi ərazisindən keçən hissəsində piyada Ömərov Qürvət Mürvət oğlunu vurub.

"Unikal"ın məlumatına görə, nəticədə Q.Ömərov aldığı xəsarətlərdən 05.09.2023-cü il tarixdə Ağcabədi rayon mərkəzi xəstəxanasında ölüb. 

Faktla bağlı Ağcabədi RPŞ-nin İB-də Azərbayvan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Murad İbrahimli