Bakıda kişi bıçaqlanıb.

"Unikal"ın məlumatına görə, hadisə sentyabrın 5-də saat 05 radələrində Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ağa Əlizadə küçəsi 75 ünvanın qarşısında qeydə alınıb.

Belə ki, Məmmədəliyev İsmixan Ülfət oğlu qonşusu Abdullayev Ramiz Elşad oğlu ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bıçaqla sonuncunun qarın nahiyəsinə 1 dəfə daxilə nüfuz edən bədən xəsarəti yetirib.

Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb.

İsmixan Məmmədəliyev şübhəli şəxs qismində tutulub.

Murad İbrahimli