Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Mübariz İbrahimov saxlanılıb.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyindən bildirilib.
Əvvəllər dəfələrlə məhkum olunmuş şübhəli şəxsin Polis Bölməsində üzərinə baxış keçirilən zaman 1 ədəd kibrit qutusunda və qara sellofan torbada 2 kq çəkidə narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.