"KTMT Ermənistan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyib və hələ də yerinə yetirmir". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. 

O, Roma Nizamnaməsinin ratifikasiya edilməsinin zəruriliyini təfərrüatlandırarkən deyib ki, əlavə təhlükəsizlik vasitələri, o cümlədən beynəlxalq vasitələr əldə etmək üçün addımlar atmaq lazımdır: "Bu gün sərhəd təhlükəsizliyinə bizə kömək edəcək amilləri əlavə etmək üçün əldə edə biləcəyimiz vasitələrdən istifadə etməyə çalışırıq. Roma Əsasnaməsinin Ermənistan-Rusiya münasibətlərinə heç bir aidiyyatı yoxdur. Biz bunu ratifikasiya edirik. Bu, KTMT-nin Ermənistan qarşısında öhdəliklərini yerinə yetirmədiyi bir şəraitdə təhlükəsizlik səviyyəmizin artırılması baxımından əhəmiyyətli təsir göstərə biləcək digər amildir". 

Paşinyan qeyd edib ki, onlar bu addımlarının Rusiya Federasiyasında düzgün təsəvvürlərin formalaşdırılması üçün fəal işləyirlər: "Biz Roma Nizamnaməsi ilə bağlı bütün qorxuları aradan qaldıra biləcək çox konkret həll təklif etmişik və biz bu həll istiqamətində çalışırıq". 

Ağarza Elçinoğlu