Ermənistanın dövlət borcu təxminən 11 milyard 352 milyon dollar təşkil edib.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Maliyyə Nazirliyi açıqlayıb. 

Məlumata görə, ilin əvvəli ilə müqayisədə borc 714 milyon dollar və ya 6,7% artıb .

Daxili dövlət borcu xarici borcdan daha sürətlə artır. Xarici borcun əsas hissəsini beynəlxalq təşkilatlardan və xarici ölkələrdən alınan kreditlər təşkil edir. 

Ağarza Elçinoğlu