"Növbəti ilin yanvarın 1-dən “Dövlət satınalmaları haqqında” qanun qüvvəyə minir. Tam elektron bir satınalma mühitinin yaranmasını gözləyirik".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı ictimai dinləmələr zamanı deyib.
Komitə sədri qeyd edib ki, “Dövlət satınalmaları haqqında” qanun qüvvəyə mindikdən sonra sahibkarların məhz bu istiqamətdə xüsusi rəqabətlə üzləşməsinin qarşısını almaq üçün yeni və mühüm alətlər formalaşacaq.
Anar Kəlbiyev