"Haqsız rəqabət nöqteyi-nəzərdən mövcud qanunvericilik mükəmməl hazırlanıb. Burada əlavə olaraq haqsız rəqabət formalarının tətbiqi qeyd olunub".
"Unikal" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət üzrə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli parlamentdə Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı ictimai dinləmələr zamanı deyib.
"Yəni, müştərilərə qarşı aqressiv davranış, kommersiya sirrinin qanunsuz əldə olunması artıq haqsız rəqabəti ehtiva edən addımlardan biri kimi qeyd olunub. Haqsız rəqabət formalarının təkmilləşdirilməsi nəzərdə tutulub", - deyə Xidmət rəisi vurğulayıb.
Anar Kəlbiyev