"Haqsız rəqabət bu gün də var. Hər addımda haqsız rəqabəti görə bilərik".
"Unikal" xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentdə Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı ictimai dinləmələr zamanı deyib.
"Bizdə təbbi inhisarın konkret nümunələri var. Təbii inhisarın aradan qaldırılması ilə bağlı hansısa işlər görülə bilərmi? Rəqabət Məcəlləsi neçə illərdir qəbul olunmalı idi. Müəyyən səbəblərdən gecikdi. Hardasa xırda elementlər var ki, bu, onlara tətbiq olunacaq. Bununla bağlı narahatlığım var", - deyə deputat bildirib.
Anar Kəlbiyev