"Rəqabət Məcəlləsinə görə sahibkar bazarda 50 % paya sahib olursa, bu hökmran mövqe hesab edilir. Amma düşünürəm ki, bu kifayət qədər böyük rəqəmdir".
"Unikal" xəbər verir ki, bunu deputat Vüqar Bayramov parlamentdə Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı ictimai dinləmə zamanı deyib.
O bildirib ki, Avropa İttifaqında bu rəqəm 40 fazidir. Onun sözlərinə görə, bu gün inkişaf etmiş ölkələrdə olan aktlarda həm də reqressiv yanaşma var:
"Düşünürəm ki, bizdə də hökmran mövqe üçün tətbiq edilən faizin Avropa İttifaqındakı faizə uyğunlaşdırılmasına və müddətli reqressiv yanaşmanın nəzərə alınmasına ehtiyac var. Məsələn, sahibkar 30% bazar payına sahibdirsə və uzun müddət bu mövqedə qalırsa, bu da hökmran mövqeyə sahib olmaq deməkdir. Bu gün Avropadakı qanunların fəlsəfəsi məhz zaman aspektindən hökmran mövqeyin qiymətləndirilməsidir”.
Anar Kəlbiyev