"Rəqabət qurumunun məqsədi cəzalandırmaq deyil, pozuntu törədə biləcək oyunçuların bir növ xəbərdar etməkdir".
"Unikal" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev parlamentdə Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı ictimai dinləmələr zamanı deyib.
O qeyd edib ki, hazırkı ticarət təcrübəsində elə hallar olub ki, bazar subyekti tərəfindən pozuntu halı törədilib və məsuliyyət həddi bildirildikdən sonra həmin pozuntu aradan qaldırılıb.
Anar Kəlbiyev