Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,6 ABŞ dolları, yaxud 1,57 % azalaraq 100,11 ABŞ dolları təşkil edib.
Bu barədə “Unikal"a neft bazarındakı mənbə məlumat verib.
Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçersləri 95,38 ABŞ dollarına satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.