"Haqsız rəqabət olmamalıdır, ona son qoyulmalıdır. Təsərrüfat subyektləri arasında vətəndaş məmnunluğuna yönələn yarış təşkil olunmalıdır. Bunu edə biləcəyiksə, ölkədə yeni iş yerləri açılacaq, Azərbaycan gəncləri iş dalınca qonşu ölkələrə üz tutmayacaq".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Rəqabət Məcəlləsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, köklü addımlar atılmalıdır: "Bunlardan biri ondan ibarətdir ki, böyük özəlləşdirilməyə getməkdir. Ölkənin iqtisadiyyatının əsas sahələri sosializm dövründə olduğu kimi dövlətin nəzarətindədir. Buna son qoyulmalıdır".
Anar Kəlbiyev