Azərbaycan Mərkəzi Bankı 29 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan "Unikal"a verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 1.7790 manat təşkil edir. 1 Türkiyə lirəsi 0.0618 manat, 1 Rusiya rublu 0.0170 manat, 100 İran rialı 0.0040 manat, 1 Gürcüstan larisi 0.6349 manat olub.